Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-25 15:17:00
Azərbaycan Texniki Universitetində tələbə qəbulu üçün 2160 plan yeri ayrıldı

Azərbaycan Texniki Universitetində (AzTU) 2020/2021-ci tədris ili üzrə tələbə qəbulu üçün 2160 plan yeri ayrılıb. Bunun 1960-ı Azərbaycan, 185-i rus, 15-i isə ingilis bölməsi üzrə nəzərdə tutulub.

 

AzTU-dan AzEdu.az-a verilən məlumata görə, birinci qrup üzrə kompüter elmləri, cihaz, ekologiya, elektrik və elektronika, energetika, həyat fəaliyyətinin təhlükəsizliyi, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kimya, kompüter, sənaye mühəndisliyi və digər sahələr üzrə ixtisaslar təqdim olunur.

 

İkinci qrup üzrə isə beynəlxalq ticarət və logistika, iqtisadiyyat, marketinq, menecment, nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə) ixtisasları təqdim edilir.

 

AzTU-ya qəbul olunan abituriyentlər müvafiq ixtisaslar üzrə nəqliyyat və logistika, energetika, elektrotexnika və avtomatika, metallurgiya və materialşünaslıq, maşınqayırma və robototexnika, informasiya və telekommunikasiya texnologiyaları, xüsusi texnika və texnologiya fakültələrində ali təhsilin bakalavriat səviyyəsi üzrə təhsil alacaqlar.