Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-25 14:26:00
Məktəbəhazırlıq qruplarına qəbulla əlaqədar sual yarandıqda hara müraciət etmək olar?-RƏSMİ CAVAB  

 

 

Məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı avqustun 18-dən, məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi isə avqust ayının  20-dən başlanılır və proses sentyabrın 14-də yekunlaşır.

 

AzEdu.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, məktəbəhazırlıq qruplarına qəbulla əlaqədar sual yarandıqda aşağıda qeyd olunan ünvanlara müraciət etmək lazımdır:

 

  • Elektron ərizənin qeydiyyatı ilə əlaqədar şəhər və rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat mərkəzlərinə;

 

  • Bütün digər hallarla bağlı şəhər və rayon ərazisində fəaliyyət göstərən Apelyasiya Komissiyasına;

 

  • Həmçinin, Rayon (Şəhər) Təhsil İdarələrinin (Şöbələrinin) telefon nömrələrinə və Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə suallara aydınlıq gətirmək mümkündür.
Firayə Allahverdiyeva
Müəllifin digər yazıları