Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-25 14:15:00
Müddətsiz əmək müqaviləsi ilə bağlı apellyasiyalar bu tarixdə keçiriləcək

28-29 avqust tarixlərində müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə keçirilən müsahibələrdə uğur qazanmayan və apellyasiya müraciəti etmiş 96 namizədlə təkrar onlayn müsahibələr keçiriləcək.

 

AzEdu.az-ın məlumatına görə, təkrar müsahibənin keçirilmə tarixi barədə məlumat namizədlərin şəxsi səhifəsinə artıq göndərilib.

 

Apellyasiya müraciəti etmiş namizədlərin əvvəlki müsahibə videogörüntülərinə müvafiq komissiyalar tərəfindən baxılacaq və namizədlərə təkrar onlayn müsahibədə iştirak etmək üçün şərait yaradılacaq. Bu mərhələdə uğur qazanmış namizədlər ötən tədris ilində müddətli əmək müqaviləsi ilə işlədikləri təhsil müəssisəsinə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi əsasında işə qəbul ediləcək.