Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-25 11:23:00
İnzibati icraçı vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 641 nəfər qeydiyyatdan keçdi

qeydiyyatdan keçdi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 10-da inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə keçiriləcək test imtahanına qeydiyyat davam edir.

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, imtahan kağız daşıyıcılar vasitəsilə keçiriləcək. Bu günə olan məlumata görə, imtahanda iştirak etmək üçün 641 nəfər (BA - 179, BB - 462) qeydiyyatdan keçib. Qeydiyyat sentyabrın 1-i saat 10:00-dək aparılacaq.

 

İmtahanın başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək, "İmtahana buraxılış vərəqəsi"ndə qeyd olunacaq.