Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-25 10:42:00
İmtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahı DİM-in saytında yerləşdirildi

I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün avqustun 20-21-də keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahı Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib.

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, imtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (PDF formatında) DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində >”DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı “> “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür (xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).