Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-25 10:30:00
Rusiyanın istehsal etdiyi koronavirus peyvəndinin ilk alıcısı bəlli oldu

Rusiyanın hazırladığı və iki dəfə sınaqdan keçirilmiş COVID-19 əleyhinə peyvəndin ilk alıcısı bəlli olub.

 

AzEdu.az-ın məlumatına görə, TASS xəbər verir ki, koronavirusa qarşı peyvəndi ilk olaraq Belarus əldə edəcək.

Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko ilə Rusiya dövlət başçısı Vladimir Putin arasında bu gün baş tutan telefon danışığı zamanı razılaşma əldə olunub.

 

Razılaşmaya görə, Belarus vətəndaşları peyvəndin üçüncü sınaq mərhələsində iştirak edəcəklər, ardınca isə kütləvi satış olacaq.

 

İki dövlət başçısı həmçinin Belarusdakı aksiyalar haqqında da fikir mübadiləsi aparıblar.