Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-17 13:54:00
Türkiyədə məktəblərin açılması təxirə salındı

Türkiyədə koronavirus pandemiyası ilə əlaqədar orta və ali məktəblərdə dərslə dayandırılıb. Məktəblərin sentyabrda da açılmayacağı deyilir.

 

AzEdu.az xəbər verir ki, ölkənin təhsil naziri Ziya Səlcuq məsələyə münasibət bildirib.

 

Qeyd edək ki, Türkiyədə dərslərin 31 avqustda başlanacağı deyilirdi. Lakin sonra məktəblərin açılması sentyabrın 21-ə salındı.

 

Nazir dərslərin başlana biləcəyini bildirib. “Məktəblərin açılması yenidən təxirə salına bilərmi” sualına belə cavab verib: “Pandemiyanı birlikdə məğlub edəcəyik. Siz qoruyucu maskanızı taxın, sosial məsafəni gözləyin, biz də məktəbləri açaq, uşaqlarımız dərsə getsinlər. Bunu sizdən müəllimlər və şagirdlər adından xahiş edirəm”.