Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-13 11:26:00
Tanınmış jurnalistin vaksin qeydləri - "Kaş ki, düz olaydı və..."

Rus aliminin zəkasına inamsız yanaşmaq olmaz. Nə qədər zəifləsə də, axın etsə də, elmi müəssisələr, universitetlər, texnologiyalar zəif mövqeyə düşsələr də, Rusiyada elm adamı potensialı mövcuddur. Bununla ölkə bir ağ günə çıxa bilməsə də,elə Rusiyada çalışan azərbaycanlı alim Suleyman Allahverdiyev ötən il dünyanın ən çox istinad edilən tədqiqatçılarından olub. Lakin Rusiya hökumətinə inanmaq çətindir.

 

Peşəkarlar daha yaxşı izah edər, yeni vaksin bir çox mərhələdən keçməli, onun həm qoruyucu təsiri, həm pis yanları, müdafiə müddəti və s. öyərinilməlidir. Bunlar öyrənildimi? Yoxsa Putin Rusiyanın derjava olduğunu göstərməyin təzə yolunu düşünüb. Yeni rus avtomobilini nümayiş etdirəndə yarı yolda qaldığını unutmamışıq... Ona görə də, rus vaksini ilə heç də hamı ürəkdən sevinə bilmir...

 

Kaşki doğru olaydı və nəhayət, Rusiyada öz xalqına bir gün ağlamayıb, dünyaya ağalıq etmək istəyən şovinzim düşüncəlilər anlayaydılar ki, uğur başqa yöndədir, başqa ölkərlərin həyatına burun soxmaqda, hər yerdə nifaq və qanlı toqquşma yaratmaqda yox... Anlayaydılar ki, öndə olmağın başqa yolu var, fayda əldə etməyin və fayda verməyin fərqli tərzi var...

 

Şahvələd Çobanoğlu

Şükufə Süleymanlı
Müəllifin digər yazıları