Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-10 14:23:00
Dünya İqtisadiyyat Forumu həyəcan təbili çaldı - milyonlarla şagirdin təhsil həyatı  daha da pisləşə bilər

Dünya İqtisadiyyat Forumu (WEF) COVİD-19 pandemiyası səbəbiylə dünya üzrə 1 milyard uşağın təhsildən uzaq düşməsini bildirərək  ölkələrin bununla bağlı tədbirlər planı hazırlamalı olduğunun vacibliyini vurğuladı.

 

Dünya İqtisadiyyat Forumu təhsillə əlaqədar yazılarına davam edir. Son yazısında bunları qeyd etdi:

 

“COVİD-19 pandemiyası səbəbindən yaranan təhsil itkiləri gözardı edilə bilməz. Dünyanın ən yoxsul milyonlarla uşağının vəziyyəti daha pisləşə bilər. Bu zərəri azaltmaq üçün təcili addımlar atılmalıdır”.

 

Pandemiyadan əvvəl 258 milyon uşaq məktəbə getmirdi. Bu uşaqların müxtəlif işlərə cəlbi və erkən evlilik riskləri qaçılmazdır. Təhsil insanı gücləndirir, yoxsulluğu azaldır və sağlamlığı artırır. Dövlətlər uşaqlara radio və televiziya vasitəsilə distant təhsili təşkil etməlidir. Efiopiya, Uqanda və Burikina Faso kimi ölkələr iddialı uzaqdan təhsil proqramları yaratdılar.

 

Eyni zamanda pandemiya təhsildə yaranan krizi aradan qaldırmaq üçün fürsət yaradır. Belə ki, məktəblərin yararsız vəziyyəti, anti-sanitar şərait səbəbiylə dünya üzrə xeyli şagirdə yararsız təhsil verilirdi. Pandemiya şəraitində distant təhsil bu kimi halların qarşısını aldı. İnterneti olan hər kəs evindən dərslərə rahat şəkildə qoşularaq təhsilsiz qalmadı.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları