Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-08 12:21:00
Prezidentin köməkçisi metronun açılması məsələsinə münasibət bildirib

“Həftəsonu ictimai nəqliyyatın dayandırılması və metro bir-biri ilə əlaqəlidir”.

 

AzEdu.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

 

O qeyd edib ki, bütün ölkələrdə virusun yayılmasına təsir edən bir nömrəli amil insanların hərəkətidir: “Ona görə də bir çox ölkələrdə nəqliyyatın dayandırılması təcrübəsindən istifadə edilir. Biz də buna məcburuq. Bu gün metronun açılması müzakirə olunmur. Çünki ən çox yoluxma metroda ola bilər”.

 

Apa