Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-08 09:33:00
Həm sosial, həm də özünə qapalı xarakter tipi olan: Ambivert

Özünüzü sosial (extrovert) və ya özünə qapalı (introvert) deyə adlandırıb, lakin bunların heç biri olmadığınızı hiss etdiyiniz olub? Çox zaman insanların və hadisələrin üstünə etiket yapışdırmaq bizə asan gəlir.

Sosial, yoxsa özünə qapalı?
Əslində hər iki növün də dost canlısı bir insan olmaqla əlaqəsi yoxdur. Sadəcə sizə hansı rahat gəlirsə, onu edirsiniz. Məsələn, özünə qapalı insanlar özləri ilə tək qaldıqları zaman əylənirlər, rahatlıq tapırlar. Bu tip insanlar üçün izdihamlı yerlər qarabasmaya çevrilə bilir.

“Amivert” xarakter – həm sosial, həm də özünə qapalı
Bəzilərimiz hər iki xarakter tipinə də sahib ola bilirik. Bəzi günlər insanlarla vaxt keçirməkdən zövq aldığımız halda, bəzən isə özümüzlə tək qalmaq bizə xoş gələ bilir. Əgər sizdə də belədirsə, ambivert xarakter tipinə sahibsiniz.

Xarakterimiz sabit deyil.

Araşdırmalara görə xarakterimizin 70%-i genetikdir, qalanı isə ətrafımızdakı hadisələrə və insanlara görə dəyişir. Əslində etməli olduğumuz tək şey, mövcud vəziyyətə və insanlara adaptasiya olmaqdır.

Onu da qeyd etmək lazımdır ki, doğru və ya səhv xarakter tipi deyə bir şey yoxdur. Siz sadəcə özünüzü kəşf edin, öz xüsusiyyətlərinizi fürsətə çevirməyi bacarın. İnsanların sizə nə dediyi və hansı etiketi taxdığı önəmli deyil.