Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-09 11:10:00
Məktəblərdə dərsə davamiyyət aşağı düşüb? - RƏSMİ CAVAB

Müşahidələrə əsasən iyun ayının əvvəlindən orta məktəblərdə  dərsliklər yığılmağa başlayıb. Dərs ilinin iyunun 15-nə qədər uzadılmasına baxmayaraq bir çox valideynlər bildirirlər ki, son 15 gündə uşaqları məktəbə boşuna aparırıq. May ayının son günlərindən məktəblərdə davamiyyətin aşağı düşdüyü də açıq - aşkar görünür. Müəllimlər isə dərsliklərin toplanmasını tədris proqramının bitməsi ilə əsaslandırırlar.

AzEdu.az rəsmi qurumlardan məsələyə aydınlıq gətirməyə çalışıb.

Məktəblərdə davamiyyətin necə olması, dərsliklərin nə vaxt yığılması ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə göndərdiyimiz sorğuya isə belə cavab verilib:

“Ümumi təhsil müəssisələrində davamiyyətlə bağlı heç bir ciddi problem qeydə alınmayıb.Dərsliklərin təhvil verilməsi tədris ilinin sonuncu günündə həyata keçiriləcək”.

Qeyd edək ki, 2016-cı ildən orta məktəblərdə dərs ili uzadılaraq son tarix 15 iyun müəyyən olunub.