Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-05 16:25:00
“Simpsonlar” Beyrutdakı partlayışla bağlı dünyanı heyrətləndirdi - FOTO

Dünyanın ən məşhur cizgi filmlərindən olan "Simpsonlar"  Beyrutdakı partlayışdan sonra yenidən gündəmə gəldi.

 

AzEdu.az xəbər verir ki, partlayışdan sonra dünyanın bir çox yerindən serialın pərəstişkarları sosial şəbəkələrdə serialdan epizodlar paylaşaraq Beyrutdakı partlayış ilə oxşar olduğunu bildirirlər.

 

Serialın bir hissəsində Homer Simpson anbardan partlayıcı maddələr alır və  evə apardığı maddələri səhvliklə yandırır,  bununla da bütün şəhər alovlar içərisində qalır.

 

Lakin verilən açıqlmaya əsasən sosial şəbəkələrdə "Simpsonlar" cizgi filmində Beyrut partlayışı ilə bağlı yayılan videonun montaj olduğu bildirilir. Əsl video 153-cü seriyadan götürülüb. Videonun montajsız halını izləmək üçün YouTube-da "Homer Exploding Fireworks" yazmaq kifayət edir.

 

Qeyd edək ki, bir çox insan "Simpsons" serialının dünyadakı bir çox hadisələri əvvəlcədən yayımladığı barədə fikirlər irəli sürür. Belə ki, serialın 19 mart 2000-ci ildə yayımlanan epizodunda Trump "ABŞ-ın keçmiş Prezidenti" olaraq qeyd edilirdi. Trump, bu epizodun yayımlanmasından illər sonra, 2016-cı ildə ABŞ-ın prezidenti seçildi və vəzifəyə başladı.

 

Serialın pərəstişkarları düşünürlər ki, Simpsons 27 il əvvəl Çinin Wuhan əvəzinə Yaponiyadan yayılan bir virusdan bəhs edərkən koronavirusu da proqnozlaşdırmışdı.(Modern.az)