Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-27 10:03:00
Məktəblilərimiz beynəlxalq  olimpiadada tarixi uğura imza atdılar

4-cü Fizika Olimpiadasında 3 həmyerlimiz mükafata layiq görülüb.

 

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 11-ci sinif şagirdi Məhəmməd Yusifov bürünc, Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagordi Köçəri Əsgərov və Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın 10-cu sinif şagirdi Sirac Yahyazadə həvəsləndirici mükafata layiq görülüblər.

 

20-26 iyul 2020-ci il tarixlərində fizika fənni üzrə onlayn şəkildə 4-cü Avropa Fizika Olimpiadası (EuPhO 2020) keçirilib. 57 ölkənin məktəblilərinin qatıldığı olimpiada nəzəri və praktiki hissələrdən ibarət olub.


 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları