Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-24 11:48:00
Polkovnik-leytenant Rəşad Atakişiyevin vəfatından bir il ötür

Hərbi Hava Qüvvələrinin “MİQ-29” təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin vəfatından bir il ötür.

 

AzEdu.az xəbər verir ki, polkovnik-leytenantın iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. 

Qəza nəticəsində “MiQ-29” təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.

 

Avqustun 19-da hərbi təyyarənin “qara qutu”su, avqustun 20-si isə pilotun meyiti dənizdən tapılaraq çıxarılıb.

 

Rəşad Atakişiyev II Fəxri Xiyabanda torpağa tapşırılıb.