Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-22 11:59:00
Məktəb direktorlarının COVİD-19 haqda bilməli olduğu VACİB məqamlar- “Texnologiyaya hakimliyinizi ortaya qoymalısınız”

Keçən günlərdə CNN tez vaxtda koronavirus əleyhinə vaksin tapılmasa, panemiyanın 2 il davam edəcəyini açıqladı. Eyni sinifdə 30 şagirdlə sosial məsafəni qorumanın çətin hətta mümkünsüz olduğunu düşünərək məktəblərin açılması ehtimalı da azdır.

 

Koronavirus dönəmində hər bir ölkənin Təhsil Nazirliyi çalışanları birlikdə müxtəlif həll yolları axtarmaqla məşğuldurlar. Bunun üçün 3 istiqaməti düşünmək lazımdır: bərabərlik, müəllim heyəti, ailə və şagirdlər.

 

Məktəblər haqqında düşündükdə bərabərlik haqda fikirlər nədən ibarətdir?

 

Yeniyetmələrdən onlayn təhsildə təkbaşına çalışmalarını gözləmək olar. Lakin məktəbəhazırlıq qrupları və ibtidai siniflər isə xüsusi diqqət tələb edən qrupdur. Distant təhsildə azyaşlı şagirdlərin valideynləri hər gün övladları ilə birgə çalışmalı və onları yönləndirməlidir.

 

Müəllimlər ənənəvi dərskeçmə üsullardan uzaqlaşmağa məcburdur. Yeni normallara uyğunlaşıb sosial platformaları araşdırmaq və mümkün olan ən əlverişlisi ilə şagirdlərə materiallar göndərmək, əlaqə yaratmaq tələb olunur.

 

Texnologiyaya hakimliyinizi ortaya qoymalısınız.

 

Bir müəllim karantinin mövcud olduğu ilk 3 həftədə bunları bildirdi:

 

“Çox stresliyəm və yata bilmirəm, çünki dəstəkləyəcəyim ailələr də böyük təzyiq altındadır. Hər birimiz ruhi sağlamlığımıza diqqət etməliyik”

 

Hətta Bill Qeyts belə uşaqların üz-üzə ünsiyyətinin vacibliyi qeyd edir.

 

Valideynlər övladlarının təhsilində əsas əlaqə vasitəsinə çevrildilər. Həmçinin bu müddətdə müəllimlər hər bir şagirdin ailəsində nə kimi problemlərin yaşandığını aydınlaşdıra bildilər.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları