Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-25 08:34:39
Günün havası - Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Aprelin 25-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.

 

Bu barədə AzEdu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60%, gündüz 40-50% olacaq.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 13-18° isti, gündüz 27-31° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.