Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-20 13:32:00
UNEC-in “SABAH” mərkəzinin rəhbəri beynəlxalq konfransın elmi komitəsinin üzvü seçilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “SABAH” mərkəzinin rəhbəri, dosent Aida Quliyeva beynəlxalq konfransın elmi komitəsinə üzv seçilib.

 

UNEC-dən AzEdu.az-a verilən məlumata görə, Aida Quliyeva Çex Respublikasının paytaxtı Praqada keçirilən illik “Sosial, iqtisadi və akademik liderlik” (Social,economic and academic Liedership- İCSEAL) 7-ci beynəlxalq konfransının elm komitəsinin 8 üzvündən biri seçilib. Elmi komitənin üzvləri Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Polşa, Kolumbiya və Çin Xalq Respublikasının nümayəndələridir.