Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-06 10:30:00
Zəlzələ 3 kənd məktəbini qəzalı vəziyyətə saldı – RƏSMİ-ÖZƏL

Zaqatalada  baş  verən  zəlzələ nəticəsində rayonun 3 kənd məktəbinə ziyan dəyib.

Zaqatala Rayon  Təhsil Şöbəsindən  AzEdu.az-a verilən məlumata görə, Mosul,  Muğanlı və Lahıc  kənd orta məktəblərinin binaları hadisə nəticəsində təhlükəli vəziyyətə düşüb.

Zəlzələ nəticəsində panel piltələr aralanaraq böyük, dərin çatlar meydana gətirib. Başqa məktəblərdə araşdırma aparılsa da, heç bir təhlükəli vəziyyətə rast gəlinməyib.

Ziyan görmüş 3 məktəb 1975-88-ci illərdə tikilən məktəblər olduğu üçün zəlzələyə tab gətirə bilmədiyi ehtimal olunur.

Qeyd edək ki, ilkin məlumatlara əsasən, yerli vaxtla dünən saat 22:40-da Zaqatala ərazisində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar yeni 2 km dərinliyində 5,5 maqnituda gücündə olub. Zəlzələ episentirdə 6 bala qədər hiss olunub.