Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-10 13:40:00
Pandemiya mövzusunda gənclər üçün yeni layihə keçiriləcək

Gənclər Fondunun maliyyə dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə pandemiya mövzusunda iyul-avqust aylarını əhatə edən “I Respublika Virtual Debat Çempionatı” keçiriləcək. 

 

Onlayn şəkildə və gənclərdən ibarət komandaların iştirakı ilə baş tutacaq layihə respublikanın müxtəlif bölgələrini təmsil edən yüzlərlə gəncin debat arenasında birləşməsinə, natiqlik bacarıqlarının inkişafına və pandemiya mövzusu ətrafında maraqlı debatların keçirilməsinə şərait yaradacaq.

 

Onlayn çempionat pandemiya və post-pandemiya dövrü barədə gənclərin biliklərinin, araşdırma qabiliyyətlərinin artmasına şərait yaratmaq, gənclər arasında özünü ifadə etmə, dinləmə, əsaslandırma bacarıqlarını inkişaf etdirmək, debat vasitəsilə sağlam rəqabət mühiti yaratmaq və birlik, komanda ruhu formalaşdırmaq məqsədi daşıyır.