Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-06 14:12:00
Daimiləşmə müsabiqəsinə müraciət qəbulu bu tarixədək  uzadılır-Murad Camalzadə

"Müddətli müqavilə əsasında çalışan müəllimlər üçün  daimiləşmə müsabiqəsinə müraciət qəbulu 8 iyul saat 23:59-dək aparılacaq”.

 

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə şəxsi facebook səhifəsində yazıb.

 

 

O, ənənəvi formada keçirilmənin mümkün olmaması səbəbindən müsahibələrin online  təşkil olunacağını deyib.

 

 

“Daimiləşmə müsabiqəsində iştirak üçün qeydiyyatdan keçib müsahibədə iştirak etməyən 90 nəfər namizədə tövsiyə edirəm ki, bu müsabiqə çərçivəsində sonuncu dəfə keçiriləcək online müsahibədə iştirak etsinlər”.

 

 

Qeyd edək ki, mayın 4-dən start verilən müsahibələrdə ilkin olaraq Bakı şəhərinin ümumi təhsil müəssisələrində müddətli müqavilə əsasında çalışan müəllimlər iştirak edib.  Mayın 7-dən etibarən isə digər şəhər  və rayonlar üzrə ümumi təhsil müəssisələrində müddətli müqavilə ilə çalışan müəllimlər onlayn müsahibələrə qoşulub.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları