Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-05 14:09:26
Məktəbdən oğurlanaraq silahlandırılan, edam edilən  şagirdlər – Qələmdən qana

Bu gün dünyanın 14 ölkəsində məktəbli  uşaqlar  silahlandırılaraq,  müharibə, terror hərəkatlarında döyüşür. BMT-nin hesabatına əsasən, dünyanın müxtəlif ölkələrində təxminən,  250 000 uşaq silahlı qruplaşmalar tərəfindən döyüşməyə məcbur edilirr. 

AzEdu.az  xarici mediaya istinadən xəbər verir ki, bu dövlətlərə  Liviya və Fələstin də daxildir. Hətta demokratiyanın beşiyi sayılan  Qərbdə belə uşaqlar silahla “oynamaqdadırlar”.  Bunun nəticəsində, onlar arzuolunmaz  mühitə  cəlb olunur, çox zaman  ölür  və ya öldürürlər.

Belə  ölkələrdən  biri  Əfqanıstandır. Taliban  əsgərləri məktəbə  gedən 12  yaşlı Vasil Əhmədin qarşısını kəsərək, onu güllələyiblər. Polis formasında çəkilmiş fotolarından Əhmədin  Talibanla mübarizə aparan  azyaşlılardan biri  olması aydın sezilir.

Radikal qruplar  kimi Əfqanıstan  polisi də  uşaqların əlinə silah verərək onları müharibənin qurbanlarına çevirib. Kabil höküməti bu prosesə son veriləcəyini bildirsə də bu, heç kimə inandırıcı gəlməyib.

İŞİD kimi Suriya ordusu və Hizbullah da məktəbli əsgərlərdən istifadə edib. Birləşmiş Millətlər Təşkilatı məktəblilərin müharibəyə əgər kimi cəlb olunmasının Suriyada artıq adi hala çevrildiyini bildirib.

Uşaq hüquqları müdafiəçisi  Ralf  Villinger  başqa xalqlardan olan  qrupların da uşaqları savaşa cəlb etdiyini açıqlayıb: “Münaqişə zonasındakı bütün tərəflər uşaqlardan  əsgər  kimi istifadə edirlər. Bəziləri bunu bütün dünyanın gözü qarşısında etsə də, digərləri onları həkim köməkçisi və ya agent kimi istifadə edir. Beləcə uşaqlar təhlükə altına atılır. Buna bir son verilməlidir”.

2003-cü ildən bəri müharibənin davam etdiyi İraqda  məktəbli uşaqların vəziyyəti son dərəcə təhlükəlidir. Ralf Villinqin sözlərinə görə müharibə artdıqda uşaqların ondan kənar qalma ehtimalı da azalır. Son çarə ölkəni tərk etməkdir. İŞİD-in son dövrlərdə uşaqları da silah altına alması nəticəsində məktəbli əsgərlərin sayı artıb.

Yəməndəki münaqişələrdə döyüşənlərin üçdə birinin uşaq olduğu deyilir. Villinger burada xüsusi silahların artıq uşaqların da əlinə keçdiyini, əslində isə anlaşma və müqavilələrə əsasən bunun qadağan olunduğunu deyib. O, müqavilələri rədd edib insan haqlarını heçə sayan bir ölkəyə Almaniya  tərəfindən silah göndərilməsini birmənalı qarşılamır.

Somali ordusu da uşaqları hərbi xidmətə  qəbul edir. BMT-nin açıqlamasına görə “gəncliyi” təmsil etdiyini iddia edən El Sebabın ordusunda istifadə edilən uşaqların sayı 1000-dən çoxdur.

Cənubi Sudanda hələ uşaqkən savaşa cəlb olunduğunu deyən 17 yaşlı gənc “Human Rights Watch”adlı yardım təşkilatına bununla bağlı açıqlama verib: “O günə qədər hələ əlimə silah almamışdım. Elə qaçırıldığımız gün bizə silah tutmağı öyrətdilər. Daha sonra cəbhə bölgəsinə göndərildik. İlk gün yeddi uşaq öldürüldü”. Son statistikaya əsasən,  Cənubi Sudandakı uşaq əsgərlərin sayı  16 000-dən çoxdur.

Cənubi Afrika Respublikasında uşaqlar oğurlanaraq, münaqişəyə cəlb olunurlar. Onları pul və mobil telefon vasitəsilə  ələ alırlar. “Hədiyyə” alan uşaq bir daha ondan uzaqlaşa bilmir. Təşkilat üzvlərini yaşayış yerlərini  bildikləri uşaqların sonradan  sıralarından ayrılmasına icazə vermir. Təşkilatdan ayrılan uşaq isə edam olunur.

BMT Konqo Demokratik Cümhuriyyətindəki  10  silahlı qruplaşmanın uşaqlardan  döyüşçü kimi yararlandığını bildirib. Qəribəsi budur ki, ölkədə həm də uşaqları döyüşə cəlb edənlər cinayət məsuliyyəti daşıyır.  Belə ki, Beynəlxalq Cəza Məhkəməsinin komandiri Thomas Lubanga 2015-ci ildən etibarən uşaqları döyüşə cəlb etdiyinə görə hazırda cəza çəkir.

Nigeriyada Boko Haram terror təşkilatı uşaqları qaçıraraq müharibəyə cəlb etməklə məşğuldur. Dəfələrlə məktəblərə edilən basqın nəticəsində xeyli məktəbli girov götürülüb. Boko Haramın 2014-cü ildən etibarən uşaqları müharibəyə cəlb edərək “canlı bomba”  kimi istifadə edir. Terror təşkil edən canlı bombalar arsında uşaqların sayı artmaqdadır.

BMT Myanmar hökumətinin uşaqların müharibəyə cəlb olunmasına qarşı atdığı addımlardan məmnundur.  Uşaqlara dəstək təşkilatı “Terre des Hommes”in nümayəndəsi Ralf  Willinger, 2012-ci ildən  bu günədək  yüzlərlə uşağın öz evinə qaytarıldığını bildirib:  “Amma eyni zamanda xeyli uşaq təkrar qaçırılaraq, silah altına alınıb. Uşaqları bu təhlükədən qorumaq üçün lazımi səy göstərilmir”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları