Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-02 09:15:00
Görmə əngəlli xanımın müəllimlik arzusu gerçək oldu- “Özüylə fəxr etməlidir”

Düzcə universiteti Sənət və Memarlıq fakültəsi musiqi bölümündən məzun olan ilk görmə əngəlli tələbə Ahizar Özbək müəllim olaraq Konyaya təyin olundu. Ahizar Özbək ibtidai sinifdən etibarən musiqi müəllimi olmağı arzu edirdi, bu gerçəkləşdi və hazırda şagirdlərinə qovuşmaq üçün günləri saydığını bildirdi.

“Erkən doğulduğum üçün görmə əngəlli oldum. Sonra ibtidai sinifdə oxuduğum illərdə  musiqi müəllimi olmağı xəyal edirdim. Musiqi dərsləri diqqətimi çox çəkirdi. Düzcə universitetini bitirdim və çox şükür ki, xəyallarım gerçək oldu. müəllimlik həyatımda uşaqların qəlbinə toxunmağa çalışacağam. Staj dövründə də şagirdlərlə çox məşğul olurdum. Sinifin ən dəcəl şagirdi belə praktika müddətim bitib gedəndə ağlayırdı. Onlarla müəllim-şagird münasibətindən başqa bacı-qardaş kimi olmaq istəyirəm”.

Ahizar bizə insanoğlunun çalışdığı və istədiyi müddətdə xəyallarına qovuşmaq üçün heç bir əngəlin olmayacağını göstərdi.Özüylə fəxr etməlidir.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları