Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-01 15:36:00
Gələn ilin yanvar semestri üçün qəbul sistemi aktivləşdirilir

“Sentyabrdan başlayaraq, xaricdə təhsillə bağlı qəbul edilən tələbələrin maliyyələşməsi həyata keçiriləcək”. 

 

AzEdu.az xəbər verir ki,  bunu “2019-2023-cü illərdə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının təşkili, eyni zamanda UFAZ-da magistratura proqramının həyata keçirilməsi ilə bağlı keçirilən onlayn mətbuat konfransında Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli bildirib. 

 

Onun sözlərinə görə, bu, yaxın illər ərzində 500-ə yaxın ən yüksək səviyyəli azərbaycanlı tələbənin maliyyələşməsi deməkdir: “İl ərzində iki dəfə qəbul nəzərdə tutulmuşdu. İlk qəbul baş tutdu. 2021-ci ilin yanvar semestri üçün isə sabahdan növbəti qəbul sisteminin aktivləşdirilməsi planlaşdırılır”.