Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-24 16:53:00
5 milyon 230 min şagirdə kitab paylanılacaq-Təhsil naziri açıqladı

Türkiyənin Təhsil Naziri Ziya Səlcuq ibtidai sinif şagirdləri üçün hazırlanan “Dost” (Arkadaş) adlı tətil kitabını nazirliyin iclasında ictimaiyyətə təqdim etdi. Nazir Çinin Uhan vilayətində ortaya çıxan və qısa müddətdə dünyanı təsirinə alan koronavirus (Covid-19) səbəbiylə təhsil sistemində yeni mərhələnin başlandığını bildirdi.

 

“Kitab 5 milyon 230 şagirdimizə tək-tək çatdırılacaq”

 

Şagirdlərin, müəllimlərin və valideynlərin EBA-ya olan diqqəti sayəsində bir təhsil portalı olaraq dünyada üçüncü sıraya yüksəldik. Bu, olduqca diqqətçəkicidir. İbtidai siniflər üçün hazırlanan “Dost” kitabı ilə oriinal əsər ortaya qoyuldu. Kitabı bütün ölkə üzrə ibtidaisinif şagirdlərinə çatdırma fürsətimiz olacaq. Buna “tətil kitabı” da demək olar. İçərisində yayda həll ediləcək tapşırıqlar, testlər yer alıb.

 

Ziya Səlcuq həmçinin şagirdlər üçün çox darıxdığını və “pandemiyadan sonra sizi qucaqlamaq istəyirəm” fikirlərini də bildirdi.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları