Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-23 10:50:00
Dünyanın dörd yanından müəllimlər danışdı: “Məktəbəqayıdış çətindir, amma biz xoşbəxtik”

Hələ də koronavirus pandemiyasının gələcək aylar üçün nələrə səbəb olacağı bəlli olmasa da, bəzi ölkələrdə məktəblər və rəsmi qurumlar fəaliyyətə başlayıb. Əksər  ölkələrdə isə məktəblərin payızadək qapalı qalacağı elan edilib. 

 

Yeni qaydalara uyğun açılan məktəblərdə çalışan müəllimlərdən bir neçəsinin fikirlərini təqdim edirik:

 

Bu müəllimlərdən bəziləri virusun yenidən yayılacağından narahat olsalar da, əksəriyyəti özünün və şagirdlərinin məktəbə qayıtmasından məmnun olduqlarını bildirdi.

 

Hollandiyada orta məktəb direktoru Laura Landers:”Yeni karantin qaydalarına baxmayaraq, azyaşlı şagirdlər məktəbə çox sevinərək gəlir, eynilə də geri qayıdırlar”.

 

Yeni Zellandiyada lisey müəllimi Constance McCombe:”Sosial məsafə yeniyetnələr üçün imkansızdır. Bir-birilərinə yaxınlaşırlar, salamlaşırlar, zarafatlaşırlar”.

 

Yunanıstan, Hollandiya,Almaniya, Sinqapur kimi ölkələrdə insan sıxlığını azaltmaq üçün siniflər 2 hissəyə ayrıldı. Danimarkada dərslər mümkün olduqca açıq havada keçilir. Hollandiyada sinifin yarısı bazarertəsi, yarısı çərşənbə günü məktəbə gedirlər. Avstraliyada həftənin yalnız bir günü məktəbdə dərslər keçilir.

 

“Nə qədər normallaşmağa çalışsaq da, yenə də texnologiyaya ehtiyac olacaq”

 

Onlayn təhsilin köməyi olmadan məktəbləri təmamilə açmanın bir yolu yoxdur.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları