Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-21 17:13:00
Tələbələr və evsizlər üçün müvəqqəti ev

Finlandiyanın universitet tələbələri tələbələr və evsizlər üçün müvəqqəti mənzilin prototipini hazırlayıblar.

 

AzEdu.az “Novate.ru” saytına istinadla bildirir ki, 3 mərtəbəli kompakt yaşayış binasını hətta ən ensiz yerdə qurmaq mümkündür. “Kokoon” adlanan və 35 kvadratmetr sahəyə malik evin montajına isə cəmi 1 gün vaxt lazımdır.

 

Evin içində mətbəx və nahar otağı, yataq otağı və vanna otaqları var.

 

Bu gün “Kokoon” evləri yalnız Fin Arxitekturası Muzeyi ərazisində görmək mümkündür.