Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-15 11:19:00
“Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişləndirilib

2019-2020-ci il tədris dövründə Bakı şəhərində “Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblərin sayı 64-ə çatıb. Onlardan 58-i Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisəsi, 2-si gimnaziya, 2-si internat, 2-si idman məktəbidir.

 

Hazırda layihə üzrə 300 əməkdaş fəaliyyət göstərir.

 

BŞTİ-dən verilən məlumata görə, “Məktəblinin dostu” layihəsi çərçivəsində şagirdlərin asudə vaxtının səmərəli təşkili üçün ekskursiyalar, 12 böyük məktəblərarası turnir və müsabiqə, 200-dən artıq məktəbdaxili intellektual təşəbbüs və sosial məsuliyyət çərçivəsində tədbir həyata keçirilib.

 

Həmçinin layihəyə daxil olan bütün məktəblərdə fövqəladə vəziyyətlərə hazırlıqla bağlı monitorinqlər aparılıb, bütün siniflər üzrə yanğın vəziyyəti ilə bağlı nəzəri təlimlər reallaşdırılıb və vətənpərvərlik mövzusunda müxtəlif irimiqyaslı tədbirlər keçirilib.

 

Mövcüd tibbi-profilaktik vəziyyətlə əlaqədar bir sıra məktəblilərarası yarışlar onlayn təşkil olunub.  Belə ki, "Fibonacci" intellektual yarışları keçirilib. Bununla yanaşı, “Məktəblinin dostu” layihəsi,  Azərbaycan  Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr studiyası və “Kulis.az” saytının təşkilatçılığı ilə “Sənə nağıl danışım” adlı müsabiqə də təşkil olunub.