Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-13 12:18:00
“Məzunlarımız yeni bir həyata qədəm qoyurlar” – İctimai Şuranın “Son zəng” təbriki

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyi yanında İctimai Şura bütün məzunların “Son zəng”ini təbrik edib:

 

“Bu gün ilk dəfə ölkəmizdə virtual olaraq "son zəng" çalındı. Yaranmış gərgin və qeyri-müəyyən situasiyada dərs ili nəhayət ki, başa çatdı. Bu ilki tədris ilində müəllimlərimiz təkcə çətin şəraitdə məsafədən təhsilin təmin edilməsində fədakarlıq nümayiş etdirmədilər, eyni zamanda, sevimli şagirdrlərinə psixoloji və mənəvi dəstək oldular.

 

Öyrənənlərimizi və öyrənənlərimizi fərqli bir imtahana çəkən pandemiya dövrü eləcə də, təhsil tariximizə virtual "son zəng"lə daxil oldu. Artıq məzunlarımız yeni bir həyata qədəm qoyurlar.

 

Təhsil Nazirliyi yanında İctimai Şura olaraq təhsil ilinin başa çatması münasibəilə çoxminli təhsil ictimaiyyətini - başda təhsil nazirimiz Ceyhun Bayramov olmaqla müəllimlərimizi və məzunlarımızı təbrik edir və yeni-yeni uğurlar azrulayır! Yolunuz açıq olsun əziz məzunlar!”