Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-13 11:00:00
Məktəblilər arasında onlayn müsabiqələr keçirilib

Məktəblilər arasında onlayn müsabiqələr keçirilib.

 

Bu barədə AzEdu.az-a  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Böyük zəfərin başlanğıcı!” mövzusunda onlayn rəsm müsabiqəsi keçirilib.

 

“Aprel döyüşləri”ndə şəhid olmuş qəhrəman əsgərlərin xatirəsinə həsr edilmiş rəsm müsabiqəsi BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında onlayn qaydada keçirilib.

 

Müsabiqəyə 2000-ə qədər rəsm işi təqdim olunub. Müsabiqənin nəticələrinə əsasən, 9 iştirakçı qalib seçilib, 15 iştirakçı isə həvəsləndirici yerə layiq görülüb. BŞTİ tərəfindən 28 may - Respublika Gününə həsr edilmiş onlayn videotəqdimat müsabiqəsi keçirilib.

 

VII-XI sinif şagirdləri arasında baş tutan müsabiqənin nəticələrinə əsasən 6 iştirakçı qalib seçilib. BŞTİ tərəfindən keçirilən “Sevimli nəğmələr” uşaq mahnı və “Oxu və əylən!” müsabiqələri mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, onlayn şəkildə davam etdirilib.

 

Qeyd edək ki, müsabiqələrin keçirilməsinin əsas məqsədi məktəblilər arasında ifa mədəniyyətini yüksəltmək, mənəvi sərvətimiz olan uşaq mahnılarının şagirdlər tərəfindən dinlənilməsi və öyrənilməsinə dəstək vermək, istedadlı və mütaliəyə marağı olan şagirdləri vaxtında üzə çıxarmaqdır.