Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-12 13:14:00
"Yeni təhsil, tərbiyə və elm antologiyası" kitabı işıq üzü görəcək-Etibar Əliyev

“Yaxın günlərdə bir sıra əlavələrlə tərtib etdiyim "Yeni təhsil, tərbiyə və elm antologiyası" kitabım işıq üzü görəcək. Görkəmli maarif xadimi akademik Mehdi Mehdizadənin əziz xatirəsinə ithaf olunmuş kitabda görkəmli filosoflar, pedaqoqlar və nüfuzlu alimlər: İ. Kant, A. Şopenhauer, V. Hüqo, Ə. Hüseynzadə, C. Dyüi, Ə. Ağaoğlu, X. Qasset, H. Cavid, L. Vitgenşteyn, A. Eynşteyn, R. Feynman, Y. Habermas, Nobel mükafatı laureatları B. Rassel, C.Uotson, Əbdüs Salam, Əhməd Zevayl, H. Quliyev, J. Piaje və başqalarının əsərləri, onların həyatı və yaradıcılığı, onlar haqqında məqalələr toplanmışdır”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri deputat, təhsil eksperti Etibar Əliyev şəxsi facebook hesabında qeyd edib:

 

 “Kitab pedaqoqlar, ali məktəb müəllimləri və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları