Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-11 15:20:00
“ Sosial mediadan gələn mesajları görüb ağlayırdım”-Müəllimin karantin etirafları

Uzaqdan təhsilin ən çətin tərəflərindən biri iş halıyla ev halının bir-birinə qarışmasıdır. Bir çox müəllim evdən dərs keçərkən balansı gözləməkdə çətinlik çəkir.

 

İş və ev balansın necə yaratmaq lazımdır?

 

Günə başlama və bitirmə formasını hazrlayın. Səhər bütün pərdələri açmaq, evi havalandırmaq və bir fincan çay(kofe) içmək. Gün bitdiyində bu etdiklərinizin tərsini etməyə çalışın. Pərdələri qapadın, işığı söndürün. Bilgisayarınızı qapadıb bir rəfə və ya çantasına qoyaraq günü sonlandırdığınızı düşünün. Meyl qutunuzu hər gün yoxlayın.

 

Bir müəllim evdən çalışmaq haqqında bunları bildirdi:

 

“Evdən  çalışmağa başladığım ilk həftədə yeməyimi yeyərkən sosial mediadan gələn mesajlara görə ağlayırdım. Məktəb rəhbərliyi ilə danışıb valideyn və şagirdlərdən gələn mesajlara dərs sonuna qədər limit qoyuldu. Bundan sonra nisbətən rahatladım”.

 

Evdə bir iş üzərində nə qədər çalışmalısınızsa ona görə sayğac qurun və bitdikdən sonra digər işinizə diqqət edin. Gün ərzində ekrandan uzaq fasilələr verin. Çöldə gəzmək və ya ev heyvanınızla oynamaq və s. kimi. Ailə üzvləriniz və ya bir dostunuzla ekransız bir yemək yemək də dincəlmək üçün möhtəşəm addımdır. Gərəklidirsə, özünüzlə anlaşma edin. “Mən bazar günü gecə 4-dək çalışacağam və bazar ertəsi günortadan sonra ailəmlə vaxt keçirəcəyəm” kimi planlar həyata keçirə bilərsiniz.

 

Bir Mindfulness planlaması beyninizə onu sıfırlamaq gərəkdiyini izah edir. 5 dəqiqə nəfəs alıb-vermək diqqətsizliyinizi aradan qaldıracaq.  HeadspaceCalm, ya da Insight Timer kimi ödənişsiz proqramlar meditasyon üçün lazımlı vasitələrdir.

 

Bir çox müəllim evdən işlədiyi üçün özünü günahkar hesab edir. Şagirdlərinə əvvəlki kimi dəstək olmadıqları üçün xoşbəxt hiss etmirlər. Lakin indi edə biləcəyimiz ən yaxşı iş özümüzə qarşı anlayışlı olub  başqalarına da örnək olmaqdır.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları