Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-08 12:35:00
Azərbaycan və Rusiyanın universitetləri əməkdaşlığı davam etdirir

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Həştərxan Dövlət Universitetinin əməkdaşlığı çərçivəsində növbəti onlayn görüş keçirilib.

 

AzTU-dan AzEdu.az-a verilən məlumata görə, görüşdə hər iki universitetin mütəxəssisləri iştirak ediblər. Söhbət zamanı texnoloji transfer, ağıllı ambar və ağıllı səbət sistemləri, süni intellekt, məsafədən idarə olunan əşyalar və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Yaxın vaxtlarda birgə onlayn muhazirələrin, eləcə də bakalavr və magistr tələbələrin virtual görüşlərinin keçirilməsinin nəzərdə tutulduğu qeyd olunub.