Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-08 10:02:00
Bu ölkədə 360-dan çox alim elmi dərəcəsindən məhrum edildi

Rusiyada son altı ildə 360-dan çox  elmlər namizədi  və elmlər doktoru elmi dərəcəsindən məhrum edilib.  

 

AzEdu.az xəbər verir ki, bu  barədə  Rusiya Federasiyasının Elm və Ali Təhsil naziri Valeriy Falkov birbaşa yayımda bildirib.


"Hər hansı bir vətəndaş və təşkilat elmi dərəcədən məhrum edilməsi ilə bağlı nazirliyə müraciət edə bilər. Son altı ildə 465 belə müraciət qəbul edilib.   Elmi dərəcədən məhrum edilmə ilə bağlı 365 qərar qəbul olunub.  Hər il daha çox belə müraciətlər edilir. 2018-ci ildə müraciətlərin sayı 200-dən az idisə,  ötən il  204 olub", -  deyə V.Falkov  bildirib.

 

Onun sözlərinə görə, dissertasiyaların müdafiəsi zamanı pozuntularla bağlı vəziyyət də  yaxşılığa doğru dəyişir: "Elmi işi müdafiə etmək daha da çətinləşib,  həm də daha çox aşkarlıq var". 


"Artıq belə bir anlaşma yaranıb ki, alimlik dərəcəsi  ciddi işdir;  bu, tədqiqat və inkişafla məşğul olanların müstəsna hüququdur", - deyə nazir əlavə edib.

Oruc MUSTAFAYEV (Azərbaycan müəllimi)