Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-01 10:04:48
Aprel şəhidlərinin məktəbli övladları mükafatlandırılacaq - AzEdu.az-ın layihəsi

1 iyun Uşaqların Beynalxalq Müdafiəsi günüdür. 

Təhsil Nazirliyi, Azedu.az  təhsil portalı və “Aprel-2016:  şəhid ailələrinə dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Aprel şəhidlərinin məktəbli övladları arasında keçirdiyi “Mənim Atam Qəhrəmandır – O, Cümhuriyyətin əsgəri idi”  mövzusunda keçirilən  yazı müsabiqəsinin iştirakçıları – şəhid övladları mükafatlandırılacaqlar.   

 Bu münasibətlə,  saat 13:00-da Nərimanov rayonu 193 saylı məktəbdə Aprel şəhidlərinin övladları ilə Xocalı soyqırımı zamanı hər iki valideyni ermənilər tərəfindən qətlə yetirilən "25-lər"in görüşü keçiriləcək.  

Tədbirdə şəhidlərin həyat yoldaşları, Təhsil Nazirliyinin nümayəndələri, Milli Məclisin deputatları, jurnalistlər iştirak edəcəklər.