Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-03 15:58:00
Məktəbli şahmatçılardan Avropa çempionatında yüksək nəticə

16-31 may 2020-ci il tarixlərində Avropa Şahmat Birliyinin təşkilatçılığı ilə şahmat üzrə onlayn Avropa çempionatı keçirilib.

 

AzEdu.az xəbər verir ki, 40 ölkədən 21 qrossmeyster, 48 beynəlxalq usta, 85 FİDE ustası olmaqla ümumilikdə 277 şahmatçının iştirak etdiyi çempionatın D qrupunda reytinqi 2300-dək olan şahmatçılar arasında mübarizə aparan Sumqayıt şəhəri 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi, beynəlxalq usta Murad İbrahimli 8 oyundan 7,5 xal toplayaraq Avropa çempionu elan edilib. “Təhsil” Respublika İdman Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Abdulla Qədimbəyli isə 2-ci yerə layiq görülüb.

 

53 ölkədən 1600-dək şahmatçının qatıldığı çempionatın A qrupunda reytinqi 1400-ə qədər olan şahmatçılar arasında çıxış edən digər şahmatçımız, Sumqayıt şəhəri 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Selcan İsmayıl 8 oyundan 6,5 xal toplayaraq qadınlar arasında 2-ci yeri tutub.