Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-03 12:26:00
Müəllim narazılıq etdi: “Valideynlər 24 saat danışmaq üçün uyğun olduğumu düşünürlər”

Dünyada koronavirus səbəbindən 2 ay məktəblərin qapalı qaldığını düşünmək çətindir. Bağlanan məktəblər bir-birinin ardınca aşan domino daşlarını xatırladır. Müəllimlər onlayn dərslərin nə qədər stresli olduğunu bilsələr də, ancaq bu yeni sistemin bir qədər rahatlıq gətirdiyini də etiraf etdilər. Ayaqüstə dərs keçməyə vərdiş etmiş müəllimlər bütün gün bilgisayar qarşısında işə uyğunlaşmaq, evdən işləmək üçün təqvim-plan hazırlamaq və valideynlərlə dialoq qurmaq kimi pronlemləri həll etməyə çalışdılar. Bu saydıqlarımız məktəblərin il sonunadək qapalı qalacağı qərarı ilə daha da ağırlaşdı.

 

Beşinci sinif müəllimi Pete Barnes: “Nə ediriksə edək, onlayn tədrisin ənənəvinin yeri tutmayacağını qəbul etməliyik. Buna baxmayaraq, davam etmək üçün əlimizdən gələni etməliyik”.

 

Bəs müəllimlər pandemiyanın səbəb olduğu tükənmişliklə necə başa çıxmalıdırlar? Bu müddətdə hansı alternativləri həyata keçirə bilərlər?

 

Səhərlər zəngli saatla oyanmağa öyrənmiş müəllimlər boşluğa düşmüş vəziyyətdədirlər. Bir müəllimin paylaşımında  “Məktəb günü heç bitmir. Valideynlər 24 saat uyğun olduğumu düşünürlər. Hazırda bir məqsədimiz yoxmuş kimi hiss edirik” fikirləri qeyd olunub.

 

Elm adamları pandemiya dövründə özümüzə təqvim hazırlamağı şiddətlə tövsiyə edir.

 

Bənzəri olmayan dönəmdən keçirik. Bu səbəbdən özünüzlə məşğul olmağa və  önəm verdiyiniz işləri həyata keçirməyə çalışın.

 

Məktəbdə komputer və dizayn müəllimliyi edən Heidi Geiges: “Biz evdən işləmək üçün müəllim olmadıq. Çox çətinlik çəkirik”.

 

Valideynlərlə müəllimlər birlikdə çalışmalıdırlar

 

Uzaqdantəhsil valideynlərlə olan münasibətlərin dəyişməsinə və aktivləşməsinə səbəb oldu. “Valideynlərdən gələn mesajların sayı 10 qat artıb”.

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları