Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-01 12:31:00
“Virtual Məktəb”in istifadəçi sayı 1 milyonu ötdü-RƏSMİ

“Ölkənin ən iri onlayn platforması olan “Virtual Məktəb”in istifadəçi sayı 1 milyonu ötüb.

Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Virtual Məktəb”in 1,000,000-cu istifadəçisi Kəlbəcər rayon 56 saylı tam orta məktəbin 2-ci sinif şagirdi Quluzadə Hikmətdir”.

 

Bu fikirləri Təhsil Nazirinin müşaviri Elnur Məmmədov şəxsi facebook hesabından yazaraq açıqladı .O, həmçinin qeyd etdi ki, platforma üzərindən şagirdlərə 100  mindən artıq tapşırıq verilib.

 

“Bugünə kimi portalda 1,5 milyon dəfə dərs keçirilib, virtual siniflərdə 1,3 milyon dərs materialı paylaşılıb və şagirdlərə 100 mindən çox tapşırıq verilib.

Bu hadisənin 01 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf etməyi də bir rəmzi məna daşıyır.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları