Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-24 10:00:00
Azərbaycanda Ramazan bayramıdır

Bu gün Azərbaycanda Ramazan bayramı qeyd olunur.

 

AzEdu.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əsasən, Eydül Fitr - Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq mayın 24-nə təsadüf edir.


Təqvimə əsasən, Əhya gecələri (Qədr gecəsi) 12 may, 14 may, 16 may və 20 may tarixlərində təsadüf edib.

 

Qeyd edək ki, koronavirus pandemiyasına görə hazırda Azərbaycanda məscidlər bağlıdır və sabah bayram namazı qılınmayacaq. İnsanlar ailəsi ilə birlikdə evdə bayram namazı qıla bilər.