Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-20 16:59:00
“Postpandemiya dövründə Çin təhsilində vəziyyət: problemlər və gözləntilər” mövzusunda videokonfrans keçirilib  

Mayın 20-də “Postpandemiya dövründə Çin təhsilində vəziyyət: problemlər və gözləntilər” mövzusunda videokonfrans keçirilib. Tədbirdə pandemiya böhranının təhsil sahəsi də daxil olmaqla Çində yaratdığı vəziyyət, potspandemiya dövründə ali təhsil məsələləri müzakirə edilib.

 

 AzEdu.az  xəbər verir ki, Çində təhsil alan və bu ölkədə yaşayıb fəaliyyət göstərən azərbaycanlıların iştirak etdiyi videokonfransda Azərbaycanın Pekindəki səfiri Əkrəm Zeynallı yeni növ koronavirusun Çində sürətlə yayılmağa başladığı vaxtdan etibarən səfirliyin bu ölkədəki soydaşlarımızla daimi əlaqə saxladığını deyib. Bu məqsədlə səfirlikdə “qaynar xətt” də fəaliyyət göstərir. Ə.Zeynallı səfirliyin Çindəki soydaşlarımızın, habelə pandemiya ilə əlaqədar hazırda müvəqqəti Çin xaricində olanların çətinliklərini, o cümlədən konsulluq məsələləri ilə bağlı problemlərini diqqətdə saxladığını, tələbələrimizin təhsillə bağlı yaranan çətinliklərinin həlli üçün mümkün olan hər bir dəstəyi göstərdiyini bildirib.

 

Səfir Ə.Zeynallı Çinin müvafiq qurumları, o cümlədən Təhsil Nazirliyi, miqrasiya xidməti orqanı ilə mütəmadi əlaqə saxlanıldığını, azərbaycanlı tələbələrin təhsil və viza məsələləri ilə bağlı müvafiq müzakirələr aparıldığını diqqətə çatdırıb.

 

Sonra Çinin ali təhsil ocaqlarında oxuyan tələbələri və bu ölkədə fəaliyyət göstərən soydaşlarımızı maraqlandıran suallar cavablandırılıb. Araşdırma tələb edən suallar daha sonra cavablandırılacaq.(Azərtac)