Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-19 10:47:00
Nazirlik: Teledərslər bayram günlərində də yayımlanacaq

“Mədəniyyət” kanalında yayımlanan teledərslər mayın 23-dən 30-dək olan bayram günlərində də yayımlanacaq.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

 

Nazirlik rəsmisi qeyd edib ki, teledərslərin sonuncu buraxılışı iyunun 12-də efirə gedəcək.

 

O, müəyyən olunan müddətdə proqramın tam əhatə olunacağını da söyləyib.

 

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq, martın 3-dən ölkənin bütün təhsil müəssisələrində təlim-tədris dayandırılıb. Bu məqsədlə 11 mart tarixindən etibarən televiziya vasitəsilə teledərslər layihəsi adı altında dərslərə start verilib. (trend.az)