Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-29 16:15:00
Məleykə Abbaszadə İsmayıllıda vətəndaşları qəbul edib

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 29-da şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq İsmayıllı rayonunda vətəndaşları qəbul edib.

AzEdu.az xəbər verir ki, qəbulda İsmayıllı rayonunun sakinləri ilə yanaşı Şamaxı, Qəbələ, Qobustan rayon sakinləri, həmçinin bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər də iştirak ediblər.

DİM Direktorlar Şurasının sədri görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzülüb.

Görüşdə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, ikinci qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat, vakant dövlət qulluğu vəzifələri, namizədlərlə müsahibələrin keçirilməsi və s. məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilib.

Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilmiş, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilmişdir. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılmışdır. Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilmiş və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.