Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-07 11:06:00
Bu il cənub bölgəsində 9 modul tipli məktəb quraşdırılacaq  

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə bu il ölkəmizin cənub bölgəsində 9 modul tipli yeni məktəb binası inşa ediləcək.

AzEdu.az xəbər verir ki, yeni məktəb binalarından ikisi Astarada - dağlıq ərazidə yerləşən Şəvqo və Xıçaso kəndlərinin hər birində 40 şagird yerlik, Cəlilabadın üç yaşayış məntəqəsində - Badamağac kəndində 20, Qarğılı kəndində 40 və Əliabad kəndində 96 şagird yerlik və Lerik rayonunun 4 kəndində - Xanagah kəndində 96, Davidoni kəndində 20, Yuxarı Veri kəndində 80 və Brkandul kəndində 96 şagird yerlik modul tipli məktəblər quraşdırılacaq.