Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-01 18:14:00
Qərargah: Repetitorluqla məşğul olmağa yalnız fərdi şəkildə icazə verilib

"Repetitorluqla məşğul olmağa yalnız fərdi şəkildə icazə verilib".

 

AzEdu.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. 

 

O deyib ki, bu fəaliyyətlə qrup halında məşğul olmaq qadağandır: "Müəllimin bir şagirdlə məşğul olmasına icazə verilir. Qrup şəklində tədrisə icazə verilmir".

 

TƏBİB-in sədri Ramin Bayramlı isə qeyd edib ki, bununla bağlı bütün davranış qaydaları da metodik göstərişlərdə öz əksini tapacaq: "Eyni zamanda müəyyən yerlərdə fəaliyyət göstərənlər də leqal xidmət sahəsinə keçməlidir. Vergilər Nazirliyinə müraciət etməlidir ki, icazə ala bilsinlər, hər hansı problem olmasın".