Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-27 17:41:00
Fikrimcə, müəllimlərimiz bundan sonra fərdi və qrup məşğələlərini  də onlayn şəkildə keçəcəklər-Məhəbbət Vəliyeva 

“Repetitorluğa icazə verilməsinə baxmaraq, valideyn və müəllimləri onlayn dərslərdən istifadə etməyə çağırıram”.

 

AzEdu.az  xəbər verir ki bunu  Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Operativ Qərargahın brifinqdə deyib.

 

 O, hazırkı dövrdə texnologiyayın rolunu da qeyd edib.

 “Hazırda əsas məqsəd izolyasiya qaydalarına əməl etməkdir. “Virtual məktəb” ilə bu günə qədər müəllimlərimiz şagirdlərlə dərslərini keçib. Hazırda texnologiya təlim-tədris prosesininrolu böyükdür. Fikrimcə, müəllimlərimiz bundan sonra fərdi və qrup məşğələlərini  onlayn şəkildə keçəcəklər"

 

Qeyd edək ki, ölkəmizdə tədris prosesi martın 3-dən etibarən dayandırılıb.