2018-05-27 15:08:00
Vətəndə heç zaman olmayan alimi ana dilində danışdıran möcüzə - Elm tarixi
AzEdu.az saytının təqdim edəcəyi kiçik yazıda Azərbaycan dilinin qüdrətini göstərəcək maraqlı bir detal var. 1030-cu ildə anadan olan, XI əsr müsəlman Şərqinin böyük dilçi alimi, xəttatı, filosofu olan Xətib Təbrizinin başına gələn və sonradan nəstəliq xətti ilə kağızın yaddaşına köçürdüyü bu hadisədə alimin vətən və dil sevdası öz sözünü deyir:
Bəlli yaşa çatandan sonra Xətib Təbrizi görkəmli alimlərlə görüşmək, dünyəvi elmlərə vaqif olmaq məqsədilə yola çıxır. Günlərlə yol getdikdən sonra pay-piyada gəlib Şam şəhərinə yetişir. Bu hadisə şəhərdə dildən-dilə düşür. Sonralar görkəmli alim kimi tanınan Xətib Təbrizinin həyatından göstərilən bu epizod ərəb salnaməçilərinin diqqətini çəkir. Gənc nəslə nəsihət kimi kitablara salınır. Salnaməçilər gənc nəslə nəsihət olaraq göstərirdi ki, mənzil başına çatanda Xətibin xurcunundakı kitablar tər qoxuyurdu.
O, Şama gələrək dövrünün ən böyük alimlərindən olan Əl Məəri ilə görüşür. Əl Məəri ona ərəb dilinin bütün sintaksis və fonetik qaydalarını öyrədir. Xətib Təbrizinin özünün də etiraf etdiyi kimi ərəb dilində Əl Məəriyə məlum olmayan söz yox imiş. Alimin gözləri kor olsa da o, Xətib Təbrizini dövrünün böyük dilçisinə çevirə bilir. Xətib də öz müəllimindən danışarkən həmişə bir hekayəni nəql edərdi: iki il onun yanında qaldım. Bu müddət ərzində vətənimdən heç birini görməmişdim. Məscidin həyətində dərs keçirdik. Birdən namaz qılmaq üçün içəri girənlərin arasında öz qonşumu da gördüm. Sevincimi hiss edən ustad mənə dedi ki, get bir az onunla söhbət elə . Mən gedib qonşumla doğma Azərbaycan dilində danışdım. Əl Məərə qayıdarkən məndən soruşdu ki siz hansı dildə danışırdız? Cavab verdim ki, öz ana dilimdə, yəni Azərbayacanca. Dedi ki , bu dili bilmirəm amma danışdığınızın hamısını əzbər təkrar edə bilərəm və etdi də..
Doğrudur, bir dilçinin qüdrətini əks etdirən bu hekayədə ikinci məqam da alimin qürbət eldə vətən yanğısı çəkməsidir. Bir həmyerlisini görən kimi cəld onun yanına qaçan alim həsrətində olduğu Azərbaycan dilində acgözlüklə danışır. Amma qrübət nisgilinə baxmayaraq peyğəmbərin “elm Çində də olsa arxasıyca get” kəlaməna icra edən Xətib Təbrizi demək olar ki, bu yol səbəbindən ömrünün sonunadək vətənə dönmür.
Bu bölməyə aid digər xəbərlər
"Media və uşaq hüquqları" kitabı hazırlanıb
2024-05-03 11:48:39
1-ci siniflərə qəbulda məktəb və müəllim seçimi BAŞLAYIR
2024-05-03 11:08:43
İlham Əliyev sabiq naziri rektor TƏYİN ETDİ
2024-05-02 15:54:29
“GreenTech” Startap və Yaşıl Texnologiyalar” müsabiqəsi keçirilib
2024-05-02 13:50:44
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri açıqlanıb
2024-05-02 11:58:11
Nazirlik vətəndaş müraciətlərinin statistikasını açıqlayıb
2024-05-02 10:43:57
Azərbaycanda yeni peyvənd əlavə olundu
2024-05-02 09:16:33
Azərbaycanlı alimin beynəlxalq konqresində məruzəsi dinlənilib
2024-05-02 09:04:33
Bu ilin ilk rübündə 35 uşaq övladlığa götürülüb
2024-05-01 16:47:10
Bu regionda direktor müavini və təşkilatçıların işə qəbulu üzrə müsabiqə elan edilir
2024-05-01 14:16:24
kitabı
ÇOX OXUNANLAR
24 Aprel 2024, 13:39
“Təhsil haqqında” qanuna dəyişiklik edildi - FƏRMAN
23 Aprel 2024, 14:27
"İlin gənc müəllimi-2023"- “TOP-50-lik” – SİYAHI
30 Aprel 2024, 15:18
Maksimum bal toplayanlar bu məktəbin şagirdləridir- SİYAHI
24 Aprel 2024, 17:42
“Firidun bəy Köçərli” mükafatı Firudin Qurbanova təqdim edildi - FOTO
26 Aprel 2024, 09:00
Məktəb və bağçalarda yaz tətili başlayır - TARİX AÇIQLANDI
30 Aprel 2024, 12:10
“Bu il magistraturaya qəbulda güclü rəqabət olacaq”
27 Aprel 2024, 16:03
Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib
2 May 2024, 13:02
I ixtisas qrupunda tələbat olmayan İXTİSASLAR
FACEBOOK