Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-17 18:00:00
Bu ölkədə prezident məktəblərin açılmasını təklif etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko gələn həftədən məktəblərdə tədris prosesinə başlamaq lazım olduğunu bildirib.

 

AzEdu.az xarici mətbuata istinadən xəbər verir ki, A. Lukaşenko bu fikri aprelin 17-də Qrodno vilayətinin Lidski rayonuna işçi səfəri zamanı səsləndirib.

 

Dövlət başçısı deyib: “İnsanların təhsili məsələsinə diqqəti artırmaq, məktəblərdə oxumağa başlamaq lazımdır. Amma yavaş-yavaş, sakitcə. Kənddə problem yoxdur (anlamaq lazımdır ki, biz uşaqları yedirtməliyik, amma indi əkin vaxtıdır, bəs uşaqları hara qoyaq). Orada problem yoxdur. Kəskin respirator virus infeksiyası artıq bitib”.

 

“Buna görə əgər kimsə harada isə məşğul ola bilərsə, qoy məşğul olsun. Şəhərdə təxminən Pasxadan bir həftə sonra sonuna uşaqları tədris prosesinə cəlb etmək olar. Oxumağa tədricən başlamaq lazımdır... Amma bu prosesi başlamaq lazımdır”. Belarus lideri belə hesab edir.

 

Belarusda məktəb tətilləri iki dəfə uzadılıb - hər dəfə bir həftə. Təhsil naziri İqor Karpenko şagirdlərin valideynlərinin fikirlərini və müraciətlərini təhlil edərək aprelin əvvəlində vəziyyət haqqında dövlət başçısına məlumat verdi. Bundan sonra yaz tətilini aprelin 6-dan 11-dək uzatmaq barədə qərar qəbul edildi. Sonra yaz tətili daha bir həftəyə uzadıldı.

 

Dərs ilinin dördüncü rübündə tədris prosesi aprelin 20-dən mayın 30-dək həyata keçiriləcək. Təhsil Nazirliyi dəstəkləyici və stimullaşdırıcı məşğələlər hesabına hər fənn üzrə tədris proqramlarına və tematik təqvim planlarına düzəliş etməli idi.