Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-17 12:34:00
“Bunu indi də Misir Mərdanovdan soruşa bilərsiniz” – Etibar Əliyevdən maraqlı açıqlama

 

 ““Özünə ekspert deyənlər” ifadəsini işlədənlərə  “eskpert” sözünün mənasını izah etmək istərdim.  “Ekspertus” latınca təcrübəli deməkdir. 12 il Təhsil Nazirliyində işləmişəm və özüm özümü ekspert adlandıra bilərəm”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri millət  vəkili Etibar Əliyev İTV-nin “3D” deyib.

 

Millət vəkili söhbət əsnasında ilk dəfə sabiq nazir Misir Mərdanovla olan münaqişəsinə və Nazirlikdən ayrılma  səbəbinə aydınlıq gətirib:

 

“Mən təbiət etibarilə  sərbəst, azadlığı sevən adamam. Misir müəllim Təhsil naziri olanda  icazəsiz Nobel mükafatı haqqında verilişə getdim.  Sadəcə Nobel mükafatının yaranması, hansı şərtlər daxilində mükafat verirlər və s. barədə çıxış etdim.

 

Məndən izahat istədilər ki, sən özbaşınalıq etmisən. Dedim, axı mən bizim mənafeyimizə toxunan mövzuda söhbət etməmişəm.  Bunun heç bir aiddiyyatı olmadığını dedilər.  Əlbəttə , ola bilsin ki, bəlkə də nazir kimi bunu deməyə haqqı var idi.

 

Sonra mən bir sıra qəzetlərdə tənqidi yazılar yazırdım və burada bizim yolumuz ayrıldı. Bir çox adamlar  indiyə qədər hələ də deyirlər ki, öz şəxsi mənafeyim nəzərindən onun haqqında tənqidi yazılar yazıram. Bir çoxları hətta böyük nadanlığa yol verərək deyirlər ki, Etibar Əliyev “əyri işlər”inə görə Nazirlikdən işdən çıxıb. Qətiyyən bu belə deyil. Bunu Misir Mərdanovdan indi də soruşa bilərsiniz”.

 

O, həmçinin  Nazirlikdən işdən çıxarılması səbəbini də vurğulayıb:

 

“Mən məmur, Təhsil Nazirliyinin aparıcı mütəxəssisi ola-ola “Müsavat” , “Bizim yol” qəzetində  çıxış edirdim . İlk töhmətim bundan sonra oldu, sonra ikinci töhmət və sonra da işdən azad olundum”.