Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-10 10:25:00
 Etibar Əliyev parlamentə təhsillə bağlı vacib təkliflər verdi

Ötən gün Nazirlər Kabinetinin 2019-cu ildəki fəaliyyəti haqqında Milli Məclis qarşısında hesabatı dinlənilib.

İclasda yaranmış vəziyyətlə bağlı deputatların da yazılı şəkildə təklif vermə imkanları yaradılıb.

AzEdu.az xəbər verir ki,  Milli Məclisin  Elm və Təhsil komitəsinin üzvü, millət vəkili Etibar Əliyev ali məktəb müəllimləri, tələbələrin təqaüdü və bir sıra məsələlərlə bağlı təkliflər  təqdim edib.

“Deputatlara yaranmış vəziyyətlə əlaqədar olaraq təkliflərinin yazılı şəkildə verilməsinə  imkan yaradılıb. Milli Məclisin katibliyinə təqdim etdiyim təkliflərdə
ali məktəblərdə çalışan müəllimlərə tədris yükü ilə yanaşı tədqiqatlara görə də vəsait verilməsini qeyd etdim. Dünyanın əksər ölkələrində tədqiqatlara ayrılan vəsait tədrisə ayraılan vəsaiti üstələyir. Və elmi tədqiqatlar əsasən Universitetlərdə aparılır.

Həmçinin, hər sahə üzrə bir ali məktəbin tədqiqat universitetinə çevrilməsinə maliyyə vəsaiti ayrılmalıdır. Həmin universitetlər: Texniki Universitet. UNEC, Aqrar Universitet, Neft və Sənaye Universiteti.
Yeni tədris ilində ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılmalıdır. Koronavirusun insanların maddi durumuna təsiri mütləq nəzərə almalıdır”.

“Distant təhsilin tətbiqi üçün ali məktəblərin maddi-texniki bazası gücləndirilməlidir. Ali məktəblər öz daxili imkanları hesabına bunu etmək gücündə deyil. Bunun üçün büdcədən əlavə vəsait nəzərdə tutulmalıdır.

Tələbələrin təqaüdləri artırılmalıdır”- deyə millət vəkili E.Əliyev təkliflərini Məclisin katibliyinə təqdim edib.