Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-08 18:00:00
Nazirlər Kabineti: “Karantin müddəti uzadıla bilər”

“Vəziyyət belə davam edərsə, karantin müddəti uzadıla bilər”.

AzEdu.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.

 

İ.Məmmədov qeyd edib ki, situasiya onu deməyə əsas verir ki, aprelin 20-dən sonra indiki qərarlar daha da sərtləşdirilə bilər:

“Yox əgər biz karantin qaydalarına riayət etsək, yoluxma azalar, sağalma artar. Amma indiki siituasiya bunun əksini göstərir. Təəssüf ki, hazırda çox sayda insan KİV vəsiqəsilə küçələrdə qanunsuz dolaşır. Ona görə də aprelin 20-dən sonra üçün karantin müddətinin uzadılması və sərtləşdirilməsi gözlənilir”.